ABŞ-nin beynəlxalq fəaliyyət üçün nəzərdə tutulan təxminən 7,5 milyard dollarlıq vəsaiti sentyabrın sonunadək istifadə olunmadığı halda vaxtı bitə bilər. Demokrat qanunvericilər bildiriblər ki, bu məbləğin 3 milyard dollardan çox hissəsi qlobal səhiyyə proqramları üçün nəzərdə tutulub.

QHT.az xarici mediaya istinadən bildirir ki, 100-dən çox demokrat senator və konqresmen ABŞ dövlət katibi Marko Rubio və Ağ Evin büdcə rəhbəri Rassel Vota müraciət edərək vəsaitlərin vaxtında istifadə olunmasını təmin etməyə çağırıblar.

Məktubda qeyd olunur ki, qlobal səhiyyə üçün ayrılan vəsaitin təxminən 1,35 milyard dolları ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin yekunlaşdırılmasına yönəldilə bilər.

Qanunvericilər xəbərdarlıq edirlər ki, vəsaitlərin vaxtında öhdəliklərə yönəldilməməsi qlobal səhiyyə və digər inkişaf proqramlarının maliyyələşdirilməsinə mənfi təsir göstərə bilər.