ABŞ administrasiyasının beynəlxalq qeyri-hökumət təşkilatlarına (QHT) münasibəti sərtləşsə də, onların qlobal səhiyyə maliyyələşməsindən tamamilə kənarlaşdırılmadığı məlum olub.

QHT.az xarici mediaya istinadən bildirir ki, “America First” qlobal səhiyyə strategiyasında QHT-lər mövcud sistemin səmərəsizliyini davam etdirən qurumlar kimi qiymətləndirilir. Administrasiya gələcəkdə səhiyyə maliyyəsinin əsasən birbaşa tərəfdaş ölkələrin hökumətlərinə yönəldilməsini planlaşdırır.

Buna baxmayaraq, hazırda 1,4 milyard dollar ABŞ səhiyyə maliyyəsi müxtəlif təşkilatların müraciəti üçün açıqdır və ya vəsaitlərin ayrılması üzrə son mərhələdədir. Maliyyə ABŞ Dövlət Departamentinin İllik Proqram Elanı çərçivəsində təqdim olunur.

Məqalədə həmçinin CEPI-nin Ebola peyvəndi üçün maliyyə çatışmazlığıHİV-in qarşısının alınmasında istifadə olunan lenakapavirin yayılması üçün yeni strategiya barədə məlumat verilir.

Beləliklə, ABŞ QHT-lərin rolunu azaltmağa çalışsa da, bu təşkilatlar qlobal səhiyyə sahəsində ABŞ maliyyəsinə çıxış imkanını hələ də tam itirməyib.