Ebola virusunun Konqo Demokratik Respublikasında hazırkı epidemiyasına səbəb olan Bundibugyo növünə qarşı peyvənd hazırlanması istiqamətində işlər davam edir.
QHT.az xarici mediaya istinadən bildirir ki, Epidemiyalara Hazırlıq İnnovasiyaları Koalisiyasının (CEPI) baş direktoru Richard Hatchett peyvəndin hazırlanması üçün təşkilatın yüz milyonlarla dollar maliyyə çatışmazlığı yaşadığını açıqlayıb.
Hatchett bildirib ki, CEPI artıq mövcud proqramlarından 100 milyon dollar vəsaiti Ebola peyvəndi üzrə tədqiqatlara yönəldib. Bundan əlavə, ABŞ hökuməti, Avropa Komissiyası və adı açıqlanmayan xeyriyyəçi donor tərəfindən daha 100 milyon dollar maliyyə dəstəyi əldə edilib.
Buna baxmayaraq, təşkilatın peyvənd namizədlərinin hazırlanmasını davam etdirməsi üçün hələ də yüz milyonlarla dollar əlavə maliyyəyə ehtiyacı var.






