"Bərabər vətəndaşlıq üçün yaşlıların təhsili" təşəbbüsü çərçivəsində 15-19 yanvar 2024-cü il tarixlərində Masallıda Yaşlıların Təhsili Konsultasiya Mərkəzi tərəfindən Təlimçilər üçün Təlim kursu təşkil edilib.

QHT.az xəbər verir ki, təlim kursu Mərkəzin tərəfdaşı olan Şərqi Avropa Vətəndaş Təhsili Assosiasiyasının ekspertləri Helga Melnik, Nazariy Boyarskiy, həmçinin yerli ekspert Sevinc Ramazanova tərəfindən keçirilib. Təlimdə 20 nəfər QHT nümayəndələri, təhsil mütəxəssisləri iştirak edib. Təlimdə Yaşlıların təhsili prinsipləri, təlim proqramlarının hazırlanması, onlayn təhsil alətləri və s. mövzular əhatə olunub. Təlimin sonunda iştirakçılar mövzular üzrə 10 qrupa bölünüb. Növbəti ay ərzində qruplar üçün mentorinq planı hazırlanacaq və hər bir qrupa fərdi mentorluq xidməti göstəriləcəkdir. Təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə Yaşlıların Təhsili Konsultasiya Mərkəzi tərəfindən icra edilir.