BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri Evrika liseyinin şagirdləri ilə görüşüb.

QHT.az xəbər verir ki, tədbirdə şagirdlərə BMT QAK-ın missiyası, vəzifələri və himayəsində olanlara göstərilən xidmətlər haqqında danışılıb.

Qeyd edək ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 14 dekabr 1950-ci il tarixində BMT-nin tərkibində yaradılmış və əsas məqsədi dövlətlərin tələbi və ya BMT-nin öz təşəbbüsü ilə qaçqınları himayə etmək və dəstəkləmək, onların öz ölkələrinə qaytarılması, üçüncü ölkələrə köçürülməsi və lokal inteqrasiyasını təmin etmək olan beynəlxalq təşkilatdır.

 

Pərvanə Fərhadqızı