QƏRB, ABŞ, AVROPA, RUSİYA VƏ İRAN NİYƏ AZƏRBAYCANA SAVAŞ İSTƏYİR?!

Azərbaycana qarşı çox böyük siyasi oyun başladılıb. Bu oyuna Azərbaycanda bir dəqiqə süjetə görə 20 dollar alan küçə mediası, xaricdəki söyüş mediası və bloqerləri, habelə siyasi mücavir statusu almış əslən azərbaycanlı olanlardan ibarət dəstələr, vaxtilə ölkədə siyasi post tutmuş şəxslər cəlb olunub.

Ölkə daxilində bütün kriminal xəbərlər bu üzədən siyasiləşdirilir, yəni manşet edilir, insan haqq və azadlıqlarının məhdudıaşdırılması kimi təqdim olunur.

Üstəlik AŞPA-nı tərk etmiş azərbaycanlı nümayəndə heyəti haqda "qovuldular" deyə fikir yaradılır. Ermənilər, Sorosçular, Avropa və Qərb bu oyuna gizli işğal etdiyi, AŞPA-da oturtduğubütün ölkələri cəlb edib. Siyahlya Fransa və Almaniyanın liderliyi bunu dəqiq deməyə əsas verir. Prosesin bu həddə çatması düşünməyə əsasdır ki, Avropa və Qərb Cənubi Qafqazda sülhdən yana deyil. Rusiya və iran da sülh tərəfdarı deyil. Başqa sözlə iki ayrı cinah mübahisələrini hərbi yolla, İran, İraq, Suriya, Əfqanıstan, Ukraynadan sonra mütləq şəkildə Azərbaycana daşımaq istəyirlər. Alınacaqmı?! Birmənalı şəkildə yox. Çünki dünya idarəçiliyində mühim yer tutan ən vacib ölkələr hələ ki, susmaqdan və Azərbaycandan yanadır. Məsələn, İngiltərə. Heç bir məsələdə danışmır. Bu ölkənin Azərbaycana göndərilən sonuncu səfirinin öz milli geyimlərində və Azərbaycan dilində ölkə Prezidenti qarşısındakı çıxışını xatırlayan hər kəs yaxşı bilir bu diplomatik dildən tərcümədə nə demək idi.

Və unutmaq olmaz, Amerika özü belə gizli iİngiltərə müstəmləkəsidir. Ancaü indi vurulmuş ölkədir. Amerikanı və Qərbi dəlirdən məh bu incə məqamdır, idarəçiləri onlardan imtina edir. Amerika özünün Çinlə əvəzlənməsini həzm etmir. Almaniya və Fransa faşizm geninə görə sıradan çıxarıldığını qəbullanmır. Rusiya və İran Cənubi Qafqazda netrallaşa biləcəyini düşünməkdə belə çəkinir. Müstəqil və müharibəsiz Azərbaycan heç kimə sərfəli deyil! İndi bir-birinə siyasi düşmən olan vurulmuş dünya güclərinin ortaq hədəfi də məhz bu səbəbdən Azərbaycandır. Onlar Azərbaycanda geosiyasi nəhənglik üstündə müharibə etmək arzusundadır.

Xatırlayıram, Zəngəzura gedən dəmir yolunun salınması məkanızndan ilk video görüntü çəkən jurnalist kimi, quru yolla üzü Naxçıvana gedirik söyləyəndə, Naxçıvanın cəmi 40 kilometrliyində idim. Bəziləri ritorik ya aşırdı. İndi bu böyük reallıqdır.

...Və indi deyəcəyimə də bəlkə münasibət ondakı kimi ritorik ola bilər). Qınamıram, 70 illik sovet boyunduruğunda yaşamaq, bizdə özgüvəni məhv edib, özümüzə sevgini sıfırın altına qoyub. Amma bu Azərbaycanın artıq Dünya İdarə Heyətinin ən gənc üzvü olması faktını dəyişə bilməz. İndi Azərbaycan gerçək islamın, müasirliyin türkçülüyün, multikulturalizmin, siyasətdə vicdan və ədalətin Qafqazdakı siması, lideri kimi gələcək dünyaya mütləq şəkildə lazımdır. Bu isə iki yüz ildir, maddi, mənəvi sərvəti talanan, ərazisi işğal olunan, hər kəsə bağışlanan, 1700-cü illərdən bu yana dörd dəfə bölünən Azərbaycanın, tamamən yox olması prosesini durduran, indiki siyasi rəhbərin iradəsi nail olduğu ordu-dövlət-xalq formulu ilə əldə edilən ZƏFƏRLƏ nəticəsidir.

 

Jalə Mütəllimova

26.01.2024.