25 noyabr 2026-cı il tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Regional Mədəniyyət İdarəsi, 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi və Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Aşılan maneələr” adlı maarifləndirici görüş təşkil edilib.

Məqsəd cəmiyyətdə inklüzivlik düşüncəsinin formalaşdırılması, fiziki məhdudiyyətli şəxslərə qarşı mövcud stereotiplərin aradan qaldırılması, onların cəmiyyətin bütün sahələrində bərabərhüquqlu iştirakının təşviq edilməsi olub.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.