Azərbaycanda sərt şaxta, yoxsa mülayim və yağışlı hava gözlənilir? İqlim dəyişikliyi qış fəslinin ənənəvi mənzərəsini dəyişə bilər.
Qış fəsli yaxınlaşdıqca insanların diqqəti bir sual ətrafında cəmlənir: Bizi qarşıdakı aylarda hansı hava şəraiti gözləyir. Bu il qış sərt şaxtalarla, güclü qar yağışı ilə yadda qalacaq,yoxsa əvvəliki illərdə olduğu kimi mülayim və isti keçəcək.
İqlimşünasların son proqnozları göstərir ki, 2026-2027-ci illərin qışında tempratur göstəriciləri ninnormadan yüksək olması ehtimalı daha çoxdur. Copernicus iqlim məlumatlarına əsaslanan noyabr proqnozunda dekabr-fevral dövründə Azərbaycanda havanın normadan isti keçməsi ehtimalı 75 faiz, yağıntıların normadan çox olması ehtimalı isə 73 faiz qiymətləndirilir. Bu göstəricilər qarşıdakı qışın mütləq isti və yağışlı olacağı demək deyil. Lakin mövsümün ümumi mənzərəsinin mülayim keçə biləcəyinə dair ciddi elmi siqnal kimi qəbul etmək olar.
El Nino amili və atmosferdə baş verən dəyişiklər
Qlobal iqlimə təsir edən mühüm amillərdən biri Sakit okeanda yaranan El Nino hadisəsidir. Bu proses okean səthinin tempraturunda dəyişiklərə səbəb olmaqla atmosfer dövranının və dünyanın müxtəlif bölgələrində hava şəraitinə təsir göstərir. El Nino bütün ölkələrdə eyni nəticəni yaratmır. Bəzi ərazilərdə tempratur yükksəlir, digərlərində isə yagıntıların miqdarı və paylanması dəyişir.
Azərbaycan Cografiya İnsitutunun mütəxəssislərinin açıqlamalarında da qarşıdakı qışın ümumilikdə mülayim keçə biləcəyi, Lakin ayrı-ayrı günlərdə kəskin keçə biləcəyi, ayrı-ayrı dağlıq rayonlarda kəskin tempratur enmələrinin və qar yağışının istisna edilmədiyi bildirilir.
Azərbaycanda qarlı və şaxtalı günlər olacaqmı?
Burada bir məqamı xüsusi vurgulamaq lazımdır. Qışın orta tempraturunun yüksək olması sərt hava şəraitinin tamamilə aradan qalması demək deyil. Azərbaycanın coğrafi mövqeyi, relyefi, Xəzər dənizinin təsiri və şimaldan daxil olan soyuq hava kütlələri müxtəlif bölgələrdə fərqli hava şəraiti yaratması məlumdur.
Bakıda və Abşeron yarımadasında mülayim hava müşahidə olunduğu halda, dağlıq və dağətəyi ərazilərdə şaxta, qar və və güclü küləklər qeydə alına bilər. Hətta ümumilikdə isti keçən qış mövsümündə belə bir neçə gün davam edən kəskin soyuqlar mümkündür.
İqlim dəyişir, İnsanlar buna hazır olmalıdır. Son onilliklərdə müşahidə olunan qlobal istiləşmə qış fəslinin xarakterinə də təsir göstərir.
Tempratur rejiminin dəyişməsi, yağıntıların qeyri-bərabər paylanması, bəzi ərazilərdə quraqlıq, digər yerlərdə isə intensiv yağışların artması ekoloji tarazlıq üçün yeni çağrışlar yaradır. Xüsusilə qısa müddətdə intensiv yağan yağışlar sel və daşqın təhlükəsini artıra bilər. Doğma Bakımızda yağan güclü yağışların hansı faciələrə səbəb olmasını hər kəs xatırlayır. Bu baxımdan şəhərlərdə yağış sularının axıdılması, kanalizasiya sistemlərinin vəziyyəti, çay məcralarının qorunması və yaşıllıq sahələrinin saxlanması xüsusi əhəmiyyət daşıyır. İqlim dəyişikləri artıq yalnız alimlərin müzakirə etdiyi elmi məsələ deyil. Bu insanların gündəlik həyatına, kənd təsərrüfatına, su ehtiyyatlarına, meşələrə və bütövlükdə təbiətə təsir edən qlobal problemə çevrilməkdədir.
Qışın necə keçəcəyini zaman göstərəcək. Amma dəyişən iqlim bizə bir həqiqəti xatırladır: təbiətin qorunması artıq gələcəyin deyil, bu günün ən vacib vəzifəsi kimi hər kəsin qarşısında bir öhdəlik kimi durmalıdır.
“Mühit”Ekoloji MİB-nin sədri Əzizağa Hünbətəliyev











