24 noyabr 2026-cı ildə Bakı şəhərində "Beynəlxalq Muğam Mərkəzində"
həmyerlimiz Şirvan Aşıq Məktəbinin görkəmli nümayəndəsi "Əməkdar Mədəniyyət Xadimi" Aşıq Pənah Pənahovun 100 illiyinə həsr olunmuş tədbirdə Salyan rayon ziyalılarının bir qrup üzvü iştirak edib.

Yüksək səviyyədə təşkil olunmuş yubiley tədbirinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə,  Muğam Mərkəzinin rəhbərliyinə, yubileyi ərsəyə gətirən və bu işdə əməyi olan hər bir kəsə dərin minnətdarlığımızı bildirirəm.

Aşıq Pənahın övladlarına, nəvələrinə, əzizlərinə, bir sözlə Aşıq Pənah sevərlərə bu tədbirdə iştirak edən hər bir kəsə öz təşəkkürümüzü bildiririk.

Ruhu şad olsun!

Salyan rayon Ziyalılar birliyinin sədri, əməkdar müəllim Allahverdi Piriyev