"Distant təhsil üzrə hələ də "harvardlar" yoxdur və hazırda onların formalaşması prosesi gedir. Azərbaycanın bu istiqamətdə şansını yüksək qiymətləndirir və bu proseslərə qoşulmasını ölkəmizdə xüsusilə ali təhsilin gələcəyi üçün zəruri hesab edirik".

QHT.az xəbər verir ki, bu barədə Azərbaycan alimi, iqtisad elmləri doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov məlumat verib. Rektorun sözlərinə görə, UNEC-də distant təhsilin tətbiqi üçün zəruri sistemin - Rəqəmsal UNEC-in qurulmasına təqribən 10 il vaxt sərf olunub: "Artıq bütün işlər uğurla tamamlanmışdır. İlk olaraq 2014-cü ildə təhsil nazirinin tövsiyyələrinə əsasən distant təhsillə bağlı ciddi araşdırmalara və müzakirələrə başladıq. Biz mövcud LMS-lərdən istifadə etməməyi və UNEC-in özünün LMS-ini yaratmağa qərar verdik. Ən qısa vaxtda, yəni 2015/16-cı tədris ilində UNEC-də “EduMan - Tədrisin vahid elektron idarəetmə sistemi”-ni (LMS) pilot qaydasında istifadəyə verdik. EduMan UNEC məhsuludur və UNEC-ə məxsusdur. Növbəti mərhələdə EduMan-in ixracını hədəfləyirik".

 

Pərvanə Fərhadqızı