“Mən Sumqayıtda yaşayıram. Orada dövlət işində, idman sahəsində çalışıram. Ekspertlik mənim QHT fəaliyyətimdir. Dəfələrlə olub ki, hər təlimə 100 azn verib, 88 azn məcburi dövlət sosial sığortaya, 14 azn tibbi sığortaya, 5 azn vergiyə, pul çıxaranda 2 azn bankomata ödəmişəm. Hər dəfə 100 azn alanda cibimdən 20 azn qoyub, qaytarıram hökumətə. Mənə pullu təlim keçirmək sərf etmir. Pulsuz təlim keçirmək daha çox sərf edir ki, həmin 20 azn cibimdə qalır”.
Bu sözləri Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov QHT.az- a açıqlamasında bildirib. O, qeyd edib ki, əgər kənar yerdə təlim keçirməyimi istəyirsinizsə, nəqliyyat, bütün xərcləri özünüz təşkil edin, mən gəlim: “Çoxları inciyir ki, dəvət edirik gəlmir. Bunu fiziki və maddi çatdırmaq olmaz. Əgər belə təlimlərin keçirilməsini istəyirsinizsə, bu işlə məşğul olan dövlət komissiyası var. Onları dəvət edin gəlsinlər. Məni uzaq yerlərə çağırdıqda məni anlayın. Mənim əsas iş yerim var. Mən ancaq Abşeronda sizə dəstək verə bilərəm, öz maddi imkanlarım daxilində bunu həll edərəm, oradan kənara çıxa bilmərəm”.
Pərvanə Fərhadqızı












