2016-cı ildə 15 iyul tarixində İstanbul və Ankarada dövlət çevrilişinə cəhd olundu. Bu tarixin hadisələri Türkiyənin dövlətçilik tarixində müasir qəhrəmanlıq dastanıdı. Azərbaycan dövləti və xalqı hadisənin ilk anlarında dövlət çevrilişinə cəhdi böyük narahatlıqla qarşılamış, qəhrəman türk xalqına dəstəyini ifadə etmişdir.

Bu barədə "Zirvə” islahatlara dəstək İctimai Birliyinin sədri Elçin Axundzadə QHT.az -a məlumat verib. O, qeyd edib ki, bununla bağlı Bakıda tədbir keçirilib: “Türkiyə və Azərbaycan iş adamları, ziyalılar çıxışlar ediblər. Sonra ödüllər təqdim edilib. Ulu öndər Heydər Əliyevin, Azərbaycan və Türkiyə şəhidləri ehtiramla yad olunub, məzarları üzərinə güllər qoyulub”.

 

Pərvanə Fərhadqızı