İsveçrənin Cenevrə şəhərində keçirilən BMT İnsan Hüquqları Şurasının 53-cü sessiyası bitmək üzrədir.

Bu barədə QHT.az – a açıqlama verən Hüquqi Təhlil və Araşdırmaları İctimai Birliyinin sədri Ramil İsgəndərli sessiyadakı iştirakın uğurlu keçdiyini vurğulayıb: “Gözləmirdim ki, 2 dəfə Plenar Sessiyada çıxış imkanı veriləcək. Yavaş-yavaş öyrənirik. Ən əsası isə Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə daha effektiv çatdırmağa çalışırıq. BMT İnsan Hüquqları Şurasının gələcək sessiyalarında iştirakımızı bir müstəqil QHT olaraq hökmən davam etdirəcəyimizə qərarlıyıq. Sessiyada müxtəlif həftələrdə təmsil olunmuş Nigar İskəndərovaya, ekspertlərimiz Azər Həsrətə və Orxan Amaşova təşəkkürlərimi bildirirəm”.

Ramil İsgəndərli həmçinin sessiya boyu onlara informasiya dəstəyi verən QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadəyə, Demokrat.az saytının rəhbəri Vasif Həsənliyə, ALP News saytının rəhbəri Ramil Məmmədliyə və iştirakı ilə bağlı əməyi keçən hər bir şəxsə öz minnətdarlığını bildirib.

 

Pərvanə Fərhadqızı