İVED - İmanlı Vatan Evladı Dərnəyinin Genel Başkanı Mustafa NAZİLLİ bəy tanınmış yazıçı Etibar Həsənzadənin "Vətən uğrunda" kitabını Azərbaycan Ankara Böyük Elçiliyində səfir köməkçisi Elham ZEYNALOVA hədiyyə edib.

QHT.az-a bu barədə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezident təqaüdçüsü Etibar Həsənzadə məlumat verib. Onun sözlərinə görə, “Vətən uğrunda” adlı kitabı “Qarabağ Azərbaycandır” adlı fərdi layihəsi çərçivəsində işıq üzü görüb: “Sayca 10- cu kitabım olan bu kitab 44 günlük Vətən müharibəsində iştirak edən daşkəsənli döyüşçülərin həyat və döyüş yoluna həsr olunub”.

QHT.az adından şair, yazıçı Etibar Həsənzadəyə gələcək yaradıcılığında daha böyük uğurlar arzulayırıq!

 

Pərvanə Fərhadqızı