20-21 iyul 2023- cü il tarixlərində Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi və "Sağlamlığa Xidmət" İctimai Birliyinin nümayəndələrindən ibarət heyət Bərdə RMX PHŞ, poliklinika şöbəsinin Ftiziatrik kabinetində və Göyçay RMX PHŞ Ftiziatrik kabinetində superviziya səfərində olub.

QHT.az xəbər verir ki, səfərdə İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin Tibb Xidmətinin 5- ci vərəm şöbəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı, həkim- ftiziatr İlham Rüstəmov və "Sağlamlığa Xidmət" İctimai Birliyinin sədr Elçin Muxtarlı, sədr müavini, həkim- koordinatoru, layihə rəhbəri Samirə Muxtarova, təşkilatın provizoru Elnur Mikayılov iştirak ediblər.

Superviziya səfəri zamanı, cəzaçəkmə müəssisəsindən azad olmuş keçmiş məhkum vərəm xəstələrinin  müalicəsinin aparılmasına dair sənədlərə baxış keçirilib, pasientlərin 1 aylıq vərəm əleyhinə dərmanları tibb müəssisəsinə təhvil verilib. Müalicə müddətində pasientləri narahat edən problemlər dinlənilib və məsləhətlər verilib, eyni zamanda müalicə sxeminə uyğun olaraq bəlğəm nümunəsi götürülərək, müayinə olunması üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin laboratoriyasına çatdırılıb.

 

Pərvanə Fərhadqızı