Mübariz Mənsimovun sahibi olduğu “Mübariz Gurbanoğlu yardımlaşma və eğitim Vakfı” tərəfindən növbəti tədris ili üçün tələbələrə təqaüd proqramı elan edilir.

QHT.az xəbər verir ki, hazırkı bakalavr və magistratura tələbələrinə maliyyə dəstəyi göstərmək, layiq olan tələbələrin təhsillərini davam etdirməsi məqsədilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan təqaüd proqramı Türkiyədə təhsil alan 100 tələbəni əhatə edəcək.

Tədris ilindən bir il əvvəlki ili yüksək bal və dərəcə ilə bitirən, şəhid ailəsi üzvləri, Birinci və İkinci Qarabağ müharibəsi veteranlarının ailə üzvü, maddi vəziyyəti çətin olan tələbələrə şamil olunur.

https://mgyardimlasmavakfi.org/ saytı ilə qeydiyyatdan keçə bilərlər. Sənədlərin yoxlanması prosesindən sonra təqaüd proqramına cəlb olunan tələbənin adları açıqlanacaq.

 

Pərvanə Fərhadqızı