"Davamlı Turizmin İnkişafına Dəstək" İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarina Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Təbiət Keşikçiləri Gənclər hərəkatı” ilə sən də təbiəti qoruyanlardan ol!” layihəsinin icrası davam edir.
Layihənin rəhbəri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nərminə Qəribova QHT.az-a açıqlamasında bildirib ki, layihə üzrə işlər davam edir, aidiyyəti qurumlarla əməkdaşlıq edilir, müvafiq müqavilələr bağlanılır: "Ulu Öndər Heydər Əliyevin "Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız" şuari ilə çıxdığını və daha çox gənci təbiəti qoruyan ruhda yetişdirməkdə məqsədli olduğunu bildirib: “Layihə çərçivəsində gənclərlə təbiət qoynunda maarifləndirici və əyləndirici tədbirlər təşkil olunacaq, təbiət keşikçilərinin ölkəmizin təbiətini qorumaqda dövlət qurumları ilə əməkdaşlığın qaydaları haqqında məlumat veriləcəkdir”.
Qeyd edək ki, layihənin icrasına 01 iyul 2023-cu il tarixində start verilib, 3 ay boyunca icra ediləcək. Təbiətimizi qorumaq istəyən hər bir vətənpərvəri “Təbiət Keşikçiləri Gənclər hərəkatı”na qoşulmağa dəvət edirik.
Pərvanə Fərhadqızı












