QHT nümayəndəsi beynəlxalq konfransda çıxış edərək Zəngəzur dəhlizinin açılmasının vacibliyindən danışıb.
QHT.az xəbər verir ki, BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransında (LLDC3) "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli 2 paneldə çıxış edib.
4-8 aprel tarixlərində Türkmənistanın Avaza şəhərində keçirilən konfrans çərçivəsində QHT nümayəndəsi “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün ticarət, ticarətin sadələşdirilməsi və regional inteqrasiyanın transformativ potensialından istifadə” və "Dayanıqlı infrastrukturun qurulması, əlaqələrin möhkəmləndirilməsi, maneəsiz tranzit sistemlərinin inkişafı" adlı panellərdə çıxış edərək Orta Dəhlizin mühüm hissəsi olan Zəngəzur dəhlizinin açılmasının vacibliyini yalnız Azərbaycan və region üçün deyil, ümumilikdə bir sıra aspektlərdə Avropa və Asiya ölkələri üçün xüsusi əhəmiyyətini konfrans iştirakçılarının diqqətinə çatdırıb.






