2026-cı il noyabrın 8-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kollektivi və Azərbaycan Milli QHT Forumunun üzvləri Zəfər Günü münasibətilə Zəfər parkını ziyarət edib.
 
Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib. Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.