Bu müqəddəs Qələbə xalqımızın Vətənə bağlılığını, milli ruhunu və yenilməz iradəsini bütün dünyaya nümayiş etdirdi.
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi olaraq inanırıq ki, ən böyük qələbələrdən biri də bu Zəfərin mənasını gələcək nəsillərin yaddaşına həkk etmək, uşaqlarımızı sülhü sevən, Vətənini qoruyan, milli dəyərlərinə sahib çıxan şəxsiyyətlər kimi yetişdirməkdir.
Arzumuz budur ki, hər bir Azərbaycan uşağı qalib Vətənin səmasında sülhün günəşini görsün, xoşbəxt uşaqlıq yaşasın və gələcəyə ümidlə addımlasın.
Qoy uşaqlarımız qalib ölkənin qürurunu yaşasın, sülhün hökm sürdüyü Vətəndə böyüsün, Zəfər tariximizi daim fəxrlə yaşatsınlar!
Şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir, qazilərimizə dərin ehtiramımızı bildiririk.
Zəfər tariximiz, qürur mənbəyimiz, gələcək nəsillərə ən qiymətli mirasımızdır!
8 Noyabr – Zəfər Günümüz mübarək!
Hörmətlə,
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi








