Bu gün Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi İsmayıl Səmədovun doğum günüdür. 

QHT.az xəbər verir ki, o, İsmayıl Səmədov 1990-cı il avqustun 9-da Zaqatala rayonunun Lahıc kəndində anadan olub. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. Həmin ildə XTQ kursuna yazılıb və kursu birinciliklə bitirib, Xızıda "N" saylı hissədə fəaliyyətə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsmayıl Səmədov oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Lahıc kəndində torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İsmayıl Səmədova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı”, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təlltif edilib.

 

Pərvanə Fərhadqızı