“Sağlam Mühit” gənclərin inkişafına kömək ictimai birliyinin üzvü Yunis Mirzəzadə tərəfindən Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Kibertəhlükəsizlik: təhlükəni tanı, özünü qoru” mövzusunda ödənişsiz maarifləndirici təlim keçirilib.

Təlimin əsas məqsədi gənclərin rəqəmsal mühitdə təhlükəsizlik biliklərinin artırılması, internetdən təhlükəsiz istifadə vərdişlərinin formalaşdırılması, eləcə də kibertəhdidlər və onlardan qorunma yolları barədə məlumatlandırılması olub.

Təlim zamanı iştirakçılara müasir rəqəmsal dünyada geniş yayılmış kibertəhlükələr, fişinq hücumları, şəxsi məlumatların qorunması, güclü şifrələrin yaradılması, sosial şəbəkələrdə təhlükəsizlik qaydaları və internet dələduzluğunun qarşısının alınması barədə məlumat verilib. Eyni zamanda, real həyat nümunələri əsasında iştirakçıların mövzu ilə bağlı bilikləri və praktiki bacarıqları inkişaf etdirilib.

İnteraktiv formatda keçirilən təlim iştirakçıların marağı ilə qarşılanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.