Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov Əmək Məcəlləsinə edilən dəyişikliklərin media tərəfindən yanlış və ya natamam təqdim olunması haqda fikirlərini açıqlayıb.
QHT.az həmin fikirləri açıqlayıb:
"Milli Məclis qanunlara edilən dəyişikliklərlə bağlı izahat vermir (heç belə öhdəliyi də yoxdur). Bu baxımdan media orqanları dəyişiklikləri öz bildikləri kimi (yaxud müraciət etdikləri şəxsin anladığı şəkildə) şərh edirlər.
Əmək Məcəlləsinin 233-cü maddəsinin adına "küləkli hava" sözü əlavə edilib. Əvvəl maddənin adı belə idi: "Soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılması". Dəyişikliklikdən sonra belə olacaq: "Soyuq, isti və küləkli hava şəraitində fasilələr və işin dayandırılması". Maddənin məzmununda isə dəyişiklik yoxdur. Əvvəlki mətində müyyən olunmuş hallarda havanın soyuq, isti və küləkli olduğu halda açıq havada işlər ya dayadırlmalı, bu mümkün olmadıqda fasilələr verilməli və ya əlavə təhlükəsilik tədbirləri görülməli idi.
Hansı dərəcədə istilik, hansı dərəcədə soyuq və hansı bal gücündə külək olarsa iş dayandırlmalı və faislə verilməlidir məsələsi isə Məcəlləyə əlavə olunan 2 saylı əlavədə göstərilirdi. O əlavədə açıqa hava şəraitində hansı temperatur da (müsbət və mənfi) və küləyin hansı gücdə olacağı halda işlərin dayandırlması və ya fasilə verilməsi göstərilib. Bu Məcəllənin qəbul olunduğu 1999-cü ildən belədir (sadəcə 1999-cu il mətnidə əvvəl istilik 43 dərəcə idi, sonradan 41 edildi). İndi həmin əlavəyəyə də bir neçə izahedici əlavə edilib (Məslən: “və ya küləkli hava şəraitində", “istismar olunan” və s.).
Amma media bunu tam yeni bir əlavə kimi təqdim edir.
p.s. Onsuz da bu şərtlərin qüvvədə olduğu 27 ilə yaxın vaxtda heç bir işəgötürən onlara əməl etməyib və bu hallara görə xeyli bədbəxt hadisələr də baş verib".










