Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri professor Elşad Məmmədov Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyevin keçirdiyi vətəndaş qəbulu haqqında fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri təqdim edir:

"Dünən növbəti dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyevin keçirdiyi vətəndaş qəbulunda iştirak etdim.

Bu dəfə də vətəndaş qəbulu yüksək səviyyədə təşkil edilmişdir.

Müraciətlərə həssas yanaşıldı, ehtiyac yarandıqda müvafiq tapşırıqlar verildi.

Vətəndaş qəbulunun  şəffaf şəkildə keçirilməsinin, qaldırılan məsələlərə ədalətli münasibətin şahidi oldum.

Dəvətə görə Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyinə təşəkkürümü bildirirəm!"