"Bu gün biz 17 Noyabr - Milli Dirçəliş Gününü qeyd edirik. Bu gün adi bayram deyil, bu bizim xalqımızın ayağa qalxdığı gündür".

Bu sözləri Gənc Vətənpərvərlər "İctimai Birliyin sədri, ictimai xadim Muğan Süleyman oğlu Əliyev QHT.az-a açıqlamasında bildirib.

Muğan Əliyevin sözlərinə görə, 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının milli oyanışının, azadlıq və müstəqillik uğrunda mübarizəsinin başlanğıcında mühüm yer tutur:

1988-ci ilin noyabr ayı idi. Həmin vaxt Azərbaycan hələ Sovet İttifaqının tərkibində idi. Qarabağda torpaqlarımıza göz dikmişdilər, amma Moskvadan heç kim bizim səsimizi eşitmək istəmirdi.

Muğan Əliyev bildirib ki, 17 noyabr 1988-ci il xalqımızın qorxuya qalib gələrək azadlıq meydanına çıxdığı tarixi günlərdən biri olub:

17 noyabrda xalqımız ilk dəfə qorxmadı. Yüz minlərlə insan - tələbə, müəllim, fəhlə, ziyalı Azadlıq meydanına çıxdı. 17 gün soyuqda, yağışda meydanda qaldılar. Onların əlində silah yox idi, əlində bir bayraq və bir söz var idi: "Qarabağ bizimdir!"

Sədr vurğulayıb ki, həmin meydan Azərbaycan xalqına birlik, cəsarət və milli qürur kimi dəyərləri aşıladı:

Həmin meydan bizə üç şeyi öyrətdi:
Birinci - birlik. O meydanda hamı bir idi. Bakılı da, Qarabağda,Naxçıvanlı da, Gəncəli də eyni məqsəd üçün durmuşdu.
İkinci - cəsarət. Qorxuya qalib gəlmədən azadlıq olmur.
Üçüncü - milli qürur. 70 il bizə unutdurulan dilimizi, tariximizi, kimliyimizi həmin meydanda geri qaytardıq.

Muğan Əliyev qeyd edib ki, bugünkü müstəqil Azərbaycanın təməlində həmin dövrdə azadlıq uğrunda mübarizə aparan insanların fədakarlığı dayanır:

Əziz qalib ölkənin  gəcləri və dostlar, biz  bu gün müstəqil Azərbaycanda yaşayırıqsa, bu, həmin meydanda duran insanların sayəsindədir. Onlar 1988-də dirçəlişin toxumunu səpdilər, biz 2020-də Zəfərlə onun bəhrəsini gördük.

M.Əliyevin sözlərinə görə, hər bir vətəndaşın əsas vəzifəsi müstəqilliyin dəyərini bilmək və Vətən qarşısında məsuliyyətini dərk etməkdir:

Bizim borcumuz nədir? Bu günün qədrini bilmək, tariximizi öyrənmək, vətənimizi sevmək və layiqli vətəndaş olmaq.

Sədr əlavə edib ki, milli dirçəliş davamlı prosesdir və xalqın birliyi Azərbaycanın güclənməsinin əsas şərtidir:

Çünki Dirçəliş bir gün deyil, hər gün davam edən prosesdir. Nə qədər ki, biz birik, Azərbaycan dirçəlir və güclənir.

Muğan Əliyev, həmçinin, bildirib ki, Gənclər Fondunun dəstəyi ilə vətənpərvərlik və sağlam gənclik mövzusunda silsilə tədbirlər həyata keçirilir:

Onu da qeyd  etmək istərdim ki,Gənclər Fondunun dəstəyi ilə  "Gələcək vətənpərvər və sağlam gənclərdir"adll layihə çərçivəsində sil silə tədbirlərimiz Zəfər ,Konistutsiya  və 17 noyabr Nilli Dircəliş Günü ilə əlaqədar  Bakl və ətraf rayonlarnda  by yönlü tədbirlərimiz davam etdirilir.

O, çıxışının sonunda xalqımızı Milli Dirçəliş Günü münasibətilə təbrik edib.