ABŞ Ürək Assosiasiyasının 2025-ci ildə açıqladığı məlumatlara görə, ürək xəstəlikləri ölkədə ölüm hallarının əsas səbəbi olaraq qalır. Bu göstərici ürək-damar sağlamlığının qorunmasının və xolesterin səviyyəsinin nəzarətdə saxlanılmasının vacibliyini bir daha gündəmə gətirir.
QHT.az xarici mediaya istinadən bildirir ki, kardioloqlar yüksək xolesterinin ürək-damar xəstəlikləri riskini artırdığını bildirirlər. Onların fikrincə, düzgün qidalanma, müntəzəm fiziki aktivlik və sağlam həyat tərzi xolesterinin idarə olunmasında mühüm rol oynayır.
Mütəxəssislər xüsusilə doymuş və trans yağların azaldılmasını, tərəvəz, meyvə, tam taxıllı məhsullar və liflə zəngin qidaların istehlakının artırılmasını tövsiyə edirlər.
Həkimlər həmçinin xolesterin səviyyəsinin mütəmadi yoxlanılmasının vacibliyini vurğulayırlar. Çünki yüksək xolesterin uzun müddət heç bir aşkar simptom vermədən ürək-damar sisteminə zərər vura bilər.








