İspaniyanın Real Ciudad hava limanı və 2009-cu ildə açılıb, 1,1 milyard avroya başa gəlməsinə baxmayaraq, açılışdan cəmi üç il sonra bağlanan və “kaya hava limanı” adlandırılan böyük infrastruktur fiaskosuna çevrilib.

QHT.az xəbər verir ki, Madridə alternativ kimi nəzərdə tutulsa da, şəhərdən 200 km uzaqda yerləşməsi, yüksək sürətli dəmir yolu layihəsinin reallaşmaması və ekoloji etirazlar hava limanının inkişafını iflasa uğratdı. Aviaşirkətlər bir-bir fəaliyyəti dayandırdı və nəticədə hava limanı sərnişinsiz qaldı. Əməliyyat şirkəti böyük borc yığaraq iflas etdi və obyekt sonradan ilkin dəyərindən çox aşağı qiymətə satıldı.

Hava limanı 2018-ci ildə təxminən 56 milyon avroya satıldı. 2019-cu ildə sərnişin qovşağı kimi deyil, anbar, texniki xidmət mərkəzi və təyyarələrin sökülməsi obyekti kimi yenidən açıldı.

 

R.İmanov