Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə nəticələnən “Düşmənin qarşısını almaq üçün əməliyyat”ın ildönümü ilə əlaqədar ölkə daxilində bayram nümayişləri keçirilib.

QHT.az xəbər verir ki, Suriyada Əsəd rejimini devirən “Düşmənin qarşısını almaq əməliyyatı”nın ildönümü ilə əlaqədar bayram nümayişləri keçirilib. Paytaxt Dəməşqin şəhər mərkəzləri ilə yanaşı Hələb, Həma, Homs, Latakiya və Deyr əz-Zor kimi əyalətlərdə minlərlə mülki vətəndaş meydanları doldurub.

Nümayişlər zamanı Suriya bayraqları daşınıb, ölkənin birlik və bütövlüyünü vurğulayan şüarlar səsləndirilib, parçalanma və ayrılıq çağırışlarına qarşı işarələr və pankartlar qaldırılıb. Meydanları dolduran izdiham Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasının vacibliyini vurğulayaraq, ölkənin birlik və həmrəyliyini vurğulayan mesajlar verib.

 

R.İmanov