QHT.az xəbər verir ki, Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli Belçikanın paytaxtı Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı ölkələri Vətəndaş Cəmiyyəti Forumunun illik Assambleyasında iştirak edir.

İlqar Hüseynli bildirib ki, üç gün davam edəcək toplantıda Forumun bütün istiqamətləri üzrə geniş müzakirələr aparılacaq və növbəti dövr üçün əməkdaşlıq mexanizmləri müzakirə olunacaq. O həmçinin qeyd edib ki, tədbirdə Azərbaycanı 2-ci İqtisadi İn­teqrasiya qrupunda təmsil edir.

Qeyd edək ki, Assambleyada region ölkələrindən olan vətəndaş cəmiyyəti nümayəndələri, ekspertlər, beynəlxalq qurumların təmsilçiləri iştirak edərək iqtisadi əməkdaşlıq, regional inteqrasiya, sosial siyasət, insan hüquqları, iqlim dəyișikliyi, ekoloji məsələlər və digər aktual məsələlər üzrə fikir mübadiləsi aparırlar.

 

Pərvanə Fərhadqızı