Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud bildirib ki, 33 il davam edən və bir qərinəlik münaqişəni uzatma missiyası kimi tanınan ATƏT-in Minsk Qrupu bu gün rəsmən ləğv olundu.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, bu qərar Azərbaycanın postmüharibə dövründə irəli sürdüyü əsas tələblərdən birinin reallaşması deməkdir:
"Azərbaycanın postmüharibə dövründə yekun sülh sazişinin imzalanması üçün irəli sürdüyü daha bir tələbi həyata keçdi. Yalnız Ermənistan deyil, keçmiş işğalçıya bu və ya digər formada dəstəyini əsirgəməyən Minsk üçlüyü bu prosesdən məğlub şəkildə ayrıldı. Qalib Azərbaycanın Zəngəzur dəhlizinin açılması və Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklərin edilməsi ilə bağlı şərtlərinin də icra olunmasına az qaldı".







