Təmiz Dünya İctimai Birliyi "Insan alveri ilə mübarizədə diasporalanın rolu" mövzusunda "DƏYİRMİ MASA" keçirib.
Islahatçı Qadınlar və Innovasiyalar İctimai Birliyinin sədri Vusalə Hüseynli QHT.az- bu barədə məlumat verib. O, qeyd edib ki, tədbirin açılış nitqi ilə çıxış edən Moderator Mehriban Zeynalova Diasporalarla iş üzrə Dövlət Komitəsinin rolu haqqında danışıb: “DİN-in Insan alverinə qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili Namənzadə Vamiq İnsan alverinə qarşı mübarizədə diasporaların dəstəyi, MFP-ni normativ hüquqi aktlar mövzusunda çıxış edib. BMqT-nin Azərbaycan nümayəndəliyi Anar İskəndərov “Insan alveri ilə mübarizədə Beynəlxlaq təcrübə” mövzusunda çıxış edib”.
Vusalə Hüseynli həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli Insan alveri ilə mübarizədə QHT-lərin rolu haqqında danışıb: “Ümidli Gələcək Ictimai Birliyinin sədri Kəmalə Aşumova Insan alveri mübarizədə qaynar xətlərin rolu haqqında çıxış edib. Xaricdə yaşayan qadınlar-gender əsaslı zorakılıq qurbanlarının problemləri, potensial qurbanlar mövzusunda Ailə dünyası ailələrə hüquqi yardım Ictimai Birliyinin sədri Gülayə Səfərova çıxış edib. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Xaricdə yaşayan uşaqlar və onların problemləri haqqında danışıb”
Qeyd edək ki, tədbirdə iştirak edən Vusalə Hüseynli çətinlikdə olan vətəndaşlarımızın Beynəlxlaq təşkilatlara müraciəti və çevik dəstək mexanizmi mövzusunda çıxışı olub. Qeyri leqal yolla xaricə gedən azərbaycanlıların diaspora üzvləri tərəfindən şəxslərinin aşkarlanması və onların insan alverinin qurbanına çevrilməsinin qarşısının alınmasına, əməkçı miqrantların hüquqlarının qorunmasına dəstək olması müzakirə edilib.
Pərvanə Fərhadqızı












