BMT borca görə hansı dövlətlərin səsvermə hüququnu  dondurub?

  

QHT.az xəvər veririr ki, 2022-ci ilin əvvəlində Venesuela, İran və digər doqquz dövlət  müvəqqəti olaraq BMT Baş Assambleyasında səsvermə hüququndan məhrum edilmişdi.

 

Bu barədə baş katib  Antonio Quterreşin BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şəhidə göndərdiyi məktubda deyilir.

 

Sudan, Somali, Vanuatu, Qvineya, Komor adaları, Konqo, Papua Yeni Qvineya, Antiqua və Barbuda, San-Tome və Prinsipi də belə ölkələr siyahısına daxildir. Venesuela BMT-yə 39,8 milyon dollar, İran 18,4 milyon dollar, Sudan və Vanuatu isə müvafiq olaraq 299 min və 194 dollar ödəməlidir. Eyni zamanda, Komor adaları, Somali, eləcə də San-Tome və Prinsipi “ödənişin gecikdirilməsinin onlardan asılı olmayan səbəblərə görə baş verdiyi” sübut olunarsa, Baş Assambleyanın hazırkı sessiyasının sonuna qədər səs verməyə icazə verilir. "

 

Dekabrın 24-də BMT Baş Assambleyası dünya təşkilatının 2022-ci il üçün büdcəsini 3,12 milyard dollar məbləğində təsdiq edib.

 

İran BMT Baş Assambleyasında səsvermə hüququnu bərpa edib. 

 Bunu İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Məcid Təxt-Rəvançi bildirib.

Cənubi Koreya Xarici İşlər Nazirliyi İranın 18 milyon dollar üzvlük haqqının Koreyadakı dondurulmuş hesablarından ödənildiyini təsdiqləyib. Sabahdan səsvermə hüququ bərpa olunacaq.

 

İki il əvvəl İran təşkilata borclarına görə BMT Baş Assambleyasında səsvermə hüququnu itirib. Səsvermə hüququnu bərpa etmək üçün İran 18,4 milyon dollar yardım etməli idi.