Müvəkkil Hüquq Mərkəzinin rəsmi internet saytı texniki problemlər səbəbindən bir müddət müvəqqəti fəaliyyət göstərmədikdən sonra yenidən yaradılaraq bərpa olunub.

QHT.az xəbər verir ki, bu barədə QHT.az-a Müvəkkil Hüquq Mərkəzinin Könüllülər departamentinin rəhbəri Cavid Vəkilov məlumat verib. Onun sözlərinə görə, saytın yenidən qurulması ilə Mərkəzin fəaliyyəti daha sistemli və əlçatan formada ictimaiyyətə təqdim olunacaq.

Cavid Vəkilov bildirib ki, yenilənmiş sayt vasitəsilə Müvəkkil Hüquq Mərkəzinin hüquqi maarifləndirmə fəaliyyəti, könüllülük proqramları, aktual layihələri və ictimai əhəmiyyətli məlumatlar mütəmadi şəkildə paylaşılacaq.

Qeyd edək ki, saytın əvvəlki versiyası texniki nasazlıqlar səbəbindən fəaliyyəti müvəqqəti dayanmışdı. Aparılan yenidənqurma və bərpa işlərindən sonra platforma tam funksional şəkildə istifadəyə verilib.