QHT jurnalistləri məişət zorakılıgına qarşı mübarizə mövzusunda təlimlərə dəvət edir - Qeydiyyat

“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi media nümayəndələrini, müstəqil jurnalistləri, bloggerləri Məişət zorakılıgına qarşı mübarizə təlimlərinə dəvət edir.  Təlimlər məişət zorakılıgı anlayışı, formaları, müdafiə üsulları, o cümlədən məişət zorakılıgının qarşısının alınmasında medianın rolu, media məlumatlarının məişət zorakılıgına təsirləri,məlumatın varilməsində yol verilən səhvlər,onların nəticələri və digər mövzuları əhatə edəcək.

Təlim iştirakşıları yaxın zamanda elan ediləcək məqalə müsabiqəsi üçün zəruri olan bilik və bacarıqlara sahib ola biləcəklər. Təlimlər BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Avropa Birliyinin maliyyə dəstəyi ilə icra edilən “Azərbaycanda qadınlara qarşı məişət zorakılığı ilə mübarizə” layihəsi çərçivəsində təşkil ediləcək.

 

Təlimlər aprelin 24-25 apreldə Bakı şəhərində keçriləcək. Təlimlərdə iştirak tam ödənişsizdir.

 

Təlimdə iştirak etmək istəyən şəxslər 15 aprel 2023 il tarixinədək göstərilən keçiddəki qeydiyyat formasını dolduraraq müraciət edə bilərlər.

 

https://forms.gle/TTkrod9YfmsUtwG97

 

Yalnız seçilmiş şəxslərlə əlaqə saxlanılacaq

 

Email: [email protected]

 

Telefon və Whatsapp: +994 503225808