Xəbərlər 29.05.2025 20:15 85

“Şirvan” FK 2-ci liqaya yüksəlib

Bu gün futbol üzrə Azərbaycan 2-ci liqasına vəsiqə uğrunda pley-off qarşılaşması keçirilib.

QHT.az  “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, 2-ci liqada 13-cü pilləni tutan “Lerik” AFFA Region Liqasının finalçısı “Şirvan”la qarşılaşıb. “ASCO Arena”da keçirilən bu matçda qalib gələn komanda “Şirvan” olub - 3:2.

Bununla da onlar növbəti mövsüm 2-ci liqada mübarizə aparacaqlar. Məğlub olan “Lerik” isə Region Liqasında iştirak edəcək.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı