"Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü - FOTOLAR
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində növbəti ekspert görüşü fəaliyyətini icra edib. Layhə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir.
QHT.az xəbər verir ki, təşkilatın rəhbəri İlqar Hüseynli tərəfindən Qərbi Azərbaycana Qayıdış Konsepsiya çərçivə sənədi təqdim olunub.Sənədin təqdimatında əsas məqsəd bu sahədə fəaliyyət göstərən ekspertlərin rəylərini almaq və beynəlxalq təqdimat zamanı üstünlük veürilməsi məsədə uyğun hesab edilən tezisləri əldə etməkdir.
Təqdimatlarda Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının maddələri,hədəf məqsədləri, Konsepsiya sənədinin beynəlxal hüquq prinsipləri çərçivəsində hazırlanması və deportasiya qurbanlarının öz ata-baba yurdlarına qayıdış mexanizmləri barədə geniş müzakirəlıər aparılmışdır.
Ekspert görüşündə Qarabağ İKTG İB-nin rəhbəri, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev önəmli təkliflərlə çıxış etmişdir. O həmçinin Qərbi Azərbaycana Qayıdış könüllülər hərəkatının yaradılması və gənclərin bu proseslərə cəlb olunmasını təklif etmişdir.
Tədbir zamanı tanınmış Vətəndaş Cəmiyyəti təmsilçiləri bu istiqamətdə çıxışlar etmiş və təkliflər səsləndirmişdirlər.Qərbi Azərbaycan İcması İdarə heyyətinin üzvü Rauf Zeyni bu sahədə fəaliyyət göstərən ekspertlərdən ibarət koalisiyanın yaradılmasını, proseslərin icrasında vətəndaş cəmiyyətinin iştirakını vacib hesab etmişdir.
İradə Rzazadə beynəlxalq təqdimatlarda müxtəlif xalqların icma üzvlərinin iştirakını,Qərbi Azərbaycanlıların əmlaklarını dəyərləndirilməsi məqsədilə prokurorluq orqanlarında aktiv şəkildə ifadələrdə iştiraka təşviq etməyi təklif etmişdir.
Ekspert görüşündə Vüsalə Hüseynli,Əhməd Abbasbəyli, İsgəndər Sərdarlı, Lalə Sərdarlı, Mahirə Əmirhüseynli, Xatirə Vəliyeva, beynəlxalq münasibətlər sahəsində ekspert Fərhad Qəşəmli,Ziya Quliyev və digər ekspertlər tərəfindən çıxışlar edilmış və təkliflər səsləndirilmişdir.
Görüşdə QHT,Qərbi Azərbaycan İcması və dövlət orqanları arasında əməkdaşlıqların dərinləşdiririlməsi,Beynəlxalq sahədə təbliğat və təşviqat işlərinin gücləndirilməsi,gənclər,orta məktəb şagirdləri arasında Qərbi Azərbaycanda ata-baba torpaqların olması və onların adlarının,mədəni irsinin,milli ənənələrinin qorunması istiqamətdə geniş işlərin aparılması təklif edilmişdir.
Tədbirə MQHT Forumunun rəhbəri Ramil İsgəndərli və Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev və ABŞ-ın Sülhün Kökləri Təkilatının icraçı direktoru Tacker Khun qonaq qismində qatılmışlar. Qərbi Azərbaycanadan deportasiya və bu istiqamətdə Azərbaycan QHT-lərinin fəaliyyəti qonağa çatdırılmışdır.Bu da Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının ABŞ auditoriyasına çatdırılmasında öz tövhəsini vermiş olacaqdır.
Layihə çərçivəsində növbəti fəaliyyətlər Qərbi Azərbaycan İcmasında görüş və Belarus Respublikasının paytaxtı Minsk şəhərində beynəlxalq konfransla davam edəcəkdir.Beynəlxalq konfransda beynəlxalq hüquq sahəsində tanınmış ekspert Ziya Quliyev Azərbaycan həqiqətlərini Belaris ictimaiyyətinə təqdim edəcəkdir.
Fotolar