Kosmosda qlobal zibil imzası: QHT sədri çağırış edir
Beynəlxalq kosmik təşkilatlar orbitdəki tullantıları azaltmaq üçün yeni təlimatlar və standartlar hazırlayıblar.
Bu barədə “Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım” İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a verdiyi açıqlamada bildirib ki, standartlar əsasən yeni peyklər haqqında məlumat və onların fəzada qalma müddətlərinin elmi mərkəzlərin məlumatlandırılması tələb edilir. QHT sədrinin sözlərinə görə, kosmik zibillərin izlənməsi üçün həmin elmi mərkəzlər tərəfindən xüsusi olaraq radar və teleskop sistemləri quraşdırılmışdır:
"Bundan başqa zibilin digər obyektlərlə toqquşmasının qarşısını almaq üçün müxtəlif xəbərdarlıq sistemləri hazırlanmaqdadır.
Kosmik çirklənmələr aşağıdakı səbəblərdən meydana gəlir:
- Kosmik missiyaların artması (hər il minlərlə peyk orbitə buraxılır);
- Köhnə peyklərin orbitdə qalması(onlar istifadə müddəti bitdikdən sonra zibilə çevrilir);
- Kosmik obyektlərin bir biri ilə toqquşması nəticəsində əmələ gələn çox saylı froqmentlər;
Kosmik çirklənmə təkcə kosmik agentliklərin deyin bütün bəşəriyyətin problemidir.Bu problemin qarşısını almaq üçün ən vacib məsələ beynəlxalq əməkdaşlıq,texnologi yeniliklər və kosmosdan məsuliyyətli istifadədən ibarətdir".
Pərvanə Fərhadqızı