Xəbərlər 29.05.2025 20:55 104

Yer kürəsini qlobal fəlakətdən kosmik zibil qurtara bilərmi? - QHT sədri xəbərdarlıq edir

“Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım” İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a verdiyi açıqlamada yer kürəsində canlı orqanizmlərin yox olması prosesinin sürətləndiyini və iqlim dəyişikliyinin geri dönməz həddə çatdığını vurğulayıb.

QHT sədri qeyd edib ki, hazırda planetimizin yalnız 3%-i təbii, “bakirə” ərazi kimi qalır və insan qlobal super yırtıcı kimi ekosistemin balansını pozur. Bu balanssızlıq getdikcə artan təbii fəlakətlərə səbəb olur. Eyni zamanda, planetimizi əhatə edən atmosferin çirklənməsi ciddi ekoloji fəsadlara yol açmaqda davam edir. İradə Həsənova kosmik çirklənmənin də böyük problemə çevrildiyini bildirib:

"Hazırda kosmik çirklənmə ilə mübarizə ekoloqların və alimlərin günümüzdəki ən actual problemdir. Kosmik çirklənmə əsasən orbitdə olan, lakin artıq fəaliyyət göstərməyən peyklər, raket mərhələləri və digər kosmik zibil hissələrindən ibarətdir. Bu çirklənmələr istər gələcək kosmik missiyalar, həm də planetimiz üçün çox ciddi təhlükələr yaradır. Hazırda alimlər kosmik çirklənmə ilə bağlı müxtəlif üsullar hazırlamışdır. Bunlar aşağıdakılardı:

1.Kosmik zibillərin tutulması üçün xüsusi olaraq robot peyklərin hazırlanması;

2.Onların torlarla tutularaq yerin atmosferinə yönəldilməsi;

3.Güclü lazerlərlə onların fırlanma surətlərini azaldırılaraq yerin atmosferinə yönəldilməsi."

Lakin İradə Həsənova vurğulayıb ki, hələlik bu texnologiyalar kifayət qədər inkişaf etməyib və yüksək uğur qazanmayıb.

Ardı var...

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı