Qht tv 29.10.2023 16:44 149546

Korrupsiyaya qarşı mübarizədə hansı yol seçilməlidir? –VİDEO

Ağır cəzalar, yoxsa qabaqlayıcı tədbirlər, vətəndaşlar özləri nələr etməlidirlər? Korrupsiya cəmiyyətə dağıdıcı təsir göstərir və etibarı sarsıdır. Həmçinin, fərdlərarası inamı da sarsıdır və cəmiyyətə inamsızlıq mühiti yarada bilir. Korrupsiyaya qarşı mübarizə tez-tez yuxarıdan aşağıya doğru bir iş kimi qəbul edilsə də, bu bəlaya qarşı mübarizədə fərdlərin oynaya biləcəyi rol vacibdir. Korrupsiyaya qarşı mübarizə təkcə hökumətin və dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının vəzifəsi deyil, bu hər bir vətəndaşın seçimindən və fəaliyyətindən asılı olan ümumi iş və məsuliyyətdir. Korrupsiya sistem məsələsi olduğu qədər, həm də şəxsi seçim məsələsidir.

Bu mövzuda tanınmış ekspert, hüquqşünas “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB rəhbəri Əliməmməd Nuriyev “Rəqəmsal antikorrupsiya təbliğatı” layihəsi çərçivəsində müsahibə verib.

Ə.Nuriyev vətəndaşların şəxsi səviyyədə korrupsiyaya qarşı mübarizədə edə biləcəyi mühüm töhfələr, cəmiyyətdə antikorrupsiya mədəniyyətinin formalaşdırılması, vətəndaşların dəyərlərinin və etikasının, qabaqlayıcı tədbirlərin effektivliyini və korrupsiyanın qarşısını almaq üçün bir vasitə kimi ağır cəzalardan istifadə edilməsi haqqında suallara cavab verib.

Layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB tərəfindən həyata keçirilir.

Ətraflı aşağıdakı videomüsahibədən öyrənə bilərsiniz:

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı