"Serbiya ilə ticarət dövriyyəmiz son 4 ildə 9.2 milyon dollara yüksəlib"- iqtisadçı ekspert
"Strateji münasibətlərimizin son illər daha da inkişaf etdiyi Serbiya ilə ticarət dövriyyəmiz son 4 ildə 2 dəfə yaxın artaraq 9.2 milyon dollara yüksəlib".
QHT.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Ekspert qeyd edib ki, Azərbaycan ilə Serbiya arasında iqtisadi əlaqələrin yalnız enerji deyil, eyni zamanda qeyri-neft sektoru üzrə inkişaf etməsi potensialı kifayət qədər böyükdür: "Bu baxımdan, səfər zamanı keçirilən görüşlər, müzakirələr və razılaşmalar da məhz bu potensialdan daha yaxından istifadəyə imkan yaradacaq. Bütövlükdə, Azərbaycan Prezidentinin son səfəri regionun enerji təhlükəsizliyinin güclənməsinə ciddi töhvə verəcək".
Pərvanə Fərhadqızı