"Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İB 15 illik yubileyi münasibəti ilə təltif edilib - FOTOLAR
Bu gün Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) ofisində “Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin 15 illik yubileyi münasibətilə təşkilatın sədri, tanınmış ekspert Vüqar Tofiq oğlu Tofiqli TƏŞƏKKÜRNAMƏ ilə təltif olunub.
QHT.az xəbər verir ki, təltif zamanı AMQF rəhbərliyi ilə Vüqar Tofiqli arasında səmimi və faydalı fikir mübadiləsi aparılıb. Görüşdə ölkəmizdə bələdiyyə institutlarının cəmiyyətdə daha dolğun anlaşılması, yerli özünüidarəetmə orqanlarının funksiyalarının ictimaiyyətə çatdırılması və bu sahədə hüquqi biliklərin artırılması istiqamətində maarifləndirmə fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Vüqar müəllimin həm bələdiyyə, həm də ümummilli seçkilərdə (Milli Məclis, Prezident, referendum) müstəqil müşahidəçi kimi fəal iştirakı qeyd edilib.
Azərbaycan Milli QHT Forumu Vüqar Tofiq oğlu Tofiqlini təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayır!