Xəbərlər 29.05.2025 17:10 74

ADU-da “Biliklə, silahla narkotikə yox de!” mövzusunda maarifləndirici təlim təşkil olunub - FOTO

Azərbaycan Dillər Universitetinin Tərcümə Fakültəsində “Biliklə, silahla narkotikə yox de!” mövzusunda maarifləndirici təlim təşkil olunub. 

QHT.az Sherg.az-a istinadən xəbər verir ki, təlim araşdırmaçı-ekspert Məhbubə Mehdiyeva tərəfindən aparılıb.

Tədbir çərçivəsində tələbələrə narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu fəsadlar, həmçinin onların hüquqi və sosial nəticələri barədə ətraflı məlumatlar təqdim edilib.

Maarifləndirmə tədbirinin keçirilməsində əsas məqsəd gənclərin narkotik vasitələrin fəsadları barədə məlumatlandırılması, onların sağlam həyat tərzinə yönləndirilməsi və bu sahədə fərdi məsuliyyət hissinin gücləndirilməsidir.

Təlim zamanı tələbələrlə qarşılıqlı fikir mübadiləsi aparıldı, onların sualları cavablandırıldı və praktiki nümunələr əsasında müzakirələr keçirildi. 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2023–2028-ci illər üçün Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin sistemli şəkildə aparılmasına mühüm töhfə verir.

Tədbirdə vurğulanıb ki, həqiqətən də, gənclər düzgün istiqamətləndirildikdə narkotik təhlükəsinə qarşı güclü mövqe nümayiş etdirə bilirlər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı