Xəbərlər 30.05.2025 11:59 119

Şəhidimiz Babək Allahverdiyevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Babək Allahverdiyev 1979-cu il mayın 30-da Naxçıvan şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o, öncə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə təhsil alıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və noyabrın 4-də Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Babək Allahverdiyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı