"Suverenlik və regional təhlükəsizlik” mövzusunda görüş təşkil olunub - FOTOLAR
7 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenlik və regional təhlükəsizlik” mövzusunda görüş təşkil olunub.
QHT.az xəbər verir ki, 28 May – Müstəqillik Gününə həsr olunan görüşün qonağı “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, vəkil Sevinc Alızadə olub.
Görüş zamanı Sevinc Alızadə könüllülərlə Azərbaycanın müstəqilliyinin əhəmiyyəti, suverenliyin hüquqi və mənəvi aspektləri, həmçinin regional təhlükəsizlik məsələləri barədə fikirlərini bölüşüb, könüllülərin suallarını cavablandırıb.