Xəbərlər 29.05.2025 09:30 148

BMT tədbirlərində Azərbaycan QHT-lərinin iştirakının təşviqi məsələləri müzakirə olunub - FOTOLAR

2025-ci il mayın 28-də ABŞ-ın Nyu-York şəhərində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, qurumun Departament rəhbəri Elnur Bağırlı, beynəlxalq layihələr üzrə meneceri Türkan Orucova Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyində daimi nümayəndə Tofiq Musayevlə görüşüb.

QHT.az xəbər verir ki, görüşdə BMT-nin müxtəlif strukturlarında (ECOSOC, UNFCCC) Azərbaycandan olan QHT-lərin təmsilçiliyinin artırılması imkanları, BMT tədbirlərində ölkəmizin vətəndaş cəmiyyəti təsisatlarının iştirakının təşviqi, mina problemi, Qərbi Azərbaycanla bağlı həqiqətlərin çatdırılması, Böyük Qayıdış prosesində QHT-lərin rolu müzakirə edilib.

Görüşdə Aygün Əliyeva Agentliyin fəaliyyəti, COP29 tədbiri zamanı görülən işlər və Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Qlobal Cənub QHT Platformasının yaradılması, Agentliyin bu prosesdə tərəfdaşlığı barədə ətraflı məlumat verib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı