Xəbərlər 17.11.2023 12:10 3998

“Avropa İnsan Hüquqları Konvensiyası və Azərbaycan: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans

Bu gün Avropa İnsan Hüquqları Konvensiyasının qüvvəyə minməsinin 70 illiyinə həsr olunmuş “Avropa İnsan Hüquqları Konvensiyası və Azərbaycan: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

QHT.az xəbər verir ki, Avropa Şurası və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən konfrans bir çox məhkəmə - hüquq sahəsi nümayəndələrini bir araya gətirib. Konfrans zamanı Avropa Şurasının Azərbaycan Respublikasındakı ofisinin rəhbəri Petr Zix ilə yanaşı Aynur Sabitova və Zaur Əliyev də açılış nitqi ilə çıxış ediblər.

Konfransda Azərbaycan Respublikası Mediasiya Şurasını İdarə Heyətinin sədri Nadir Adilov təmsil edib. O, iştirakçılara “Keyfiyyətli hüquq xidmətlərinin təmin edilməsində mediasiyanın unikal yeri və rolu” mövzusunda çıxışla məruzə edib. Mediasiya sahəsindəki yeniliklərdən, aparılan islahatlardan və bu islahatların müsbət nəticəsi olaraq görülən işlərdən danışan sədr həmçinin hüquq sahəsi ilə inteqrasiya edərək qurulan əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb.

 

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı