Qəhrəman Şəhidimizin oğlu buraxılış imtahanında yüksək nəticə qazandı
Qürurverici hadisə!
QHT.az xəbər verir ki, Vətən müharibəsi şəhidi, mayor Abakar Hacıyevin oğlu Hacı Hacıyev buraxılış imtahanında 263 bal toplayaraq yüksək nəticə göstərib və hər kəsə sevinc yaşadıb. Şəhidimizin əmanəti olan bu gəncin uğuru həm ailəsi, həm də bütün ictimaiyyət üçün qürur mənbəyidir. Hacı Hacıyevi göstərdiyi nəticə münasibətilə ürəkdən təbrik edir, gələcək həyatında ona davamlı uğurlar və yeni nailiyyətlər arzulayırıq.
Uğur həmişə sizinlə olsun!