140 ölkənin alqışladığı təşəbbüs Bakıda gerçəkləşir
Azərbaycan Milli QHT Forumu COP29 çərçivəsində keçirilən beynəlxalq konfransda Qlobal Cənub QHT Platformasının yaradılması təşəbbüsünü irəli sürüb.
QHT.az xəbər verir ki, bu təşəbbüs 140-a yaxın ölkənin QHT-ləri tərəfindən alqışlanıb, 1000-dən çox QHT tərəfindən birgə bəyanatla dəstəklənib. Forumun sədri Ramil İskəndərli bildirib ki, COP29 QHT Koalisiyası da bu təşəbbüsə dəstək verərək Azərbaycan Milli QHT Forumuna platformanın təsis prosesi ilə bağlı müraciət edib:
"Artıq 110-dan çox ölkədən QHT rəhbərləri Bakıya gəlməyə hazırlaşır. Bu tarixi səfərbərlik həm Qlobal Cənub, həm də Azərbaycan üçün mühüm həmrəyliyin göstəricisidir".
Pərvanə Fərhadqızı