Xəbərlər 25.04.2025 12:31 31

Saatlıq maaş sistemi istismarın qarşısını alacaqmı? Sahib Məmmədov AÇIQLADI

Əmək bazarında son dövrlərdə gündə 11-12 saat işləyib 400-500 manat maaş almaq halları artıb.

QHT.az xəbər verir ki, halbuki qanunvericiliyə görə, həftəlik iş saatı 40-ı keçməməlidir. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, hazırda əməyin minimum ödənişi aylıq tariflədir (400 manat) və saatlıq ödəniş sisteminin tətbiqi müzakirə olunsa da, bu problemin həllinə təsir etməyəcək:

"Çünki işçilərin əksəriyyəti rəsmi 8 saatlıq müqavilə ilə daha uzun müddət işlədilir və real maaş qeyri-rəsmi "paket"lə ödənilir. Mövcud qanunlar artıq iş saatına görə ikiqat ödəniş nəzərdə tutur, lakin kommersiya sektorunda bu qaydalar çox zaman pozulur".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı