Deputat Səbinə Salmanova Sumqayıtda sakinlərlə görüş keçirdi - FOTOLAR
Milli Məclisin deputatı Səbinə Salmanova Sumqayıt şəhərinin 14-cü məhəllə, 1A/3B ünvanında yaşayan sakinlərlə görüş keçirib.
QHT.az xəbər verir ki, görüşdə vətəndaşların narahatlıq doğuran məsələləri dinlənilib. Görüşdə Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəzail Hüseynov, “Sumqayıt” Mənzil-Tikinti Kooperativinin (MTK) rəhbəri Aslan Manafov da iştirak edib.
Səbinə Salmanova: "Şikayətçilər tikintinin aparılması üçün nəzərdə tutulmuş ərazidə ağacların kəsiləcəyi ilə bağlı narahatlıqlarını dilə gətirdilər. Şirkət rəhbəri sakinlərin narazılığına səbəb olan bəzi məsələlərin həll ediləcəyini, Sumqayıt şəhər icra başçının müavini Fəzail Hüseynov isə sakinlərin görüşdə səsləndirdikləri iddiaların araşdırılacağını bildirdi. Daha sonra sakinlərin iştirakı ilə sözügedən əraziyə baxış keçirdik və məsələni nəzarətimizə götürdük".
Pərvanə Fərhadqızı